Ermənistana silah daşıyan yük maşını Gürcüstan sərhədində saxlanıldı

Ermənistana silah daşıyan mülki yük maşını Gürcüstan-Ermənistan sərhədində saxlanılıb.
Onu da qeyd edək ki, hərbi avtomatik idarəetmə sistemi Ermənistan nəqliyyat şirkəti "Spayka"ya məxsus mülki yük maşınları ilə daşınıb. Hərbi texnikanın quraşdırıldığı avtomobil mülki bağlamalarla üstü örtülü şəkildə yük qoşqusunun arxasına yerləşdirildiyi aşkarlanıb.
Bu onu göstərir ki, Ermənistanın hakimiyyət orqanlarının Gürcüstanın öz ərazisindən hərbi yük daşınmasına qoyduğu qadağanı açıq şəkildə pozmağa davam edir. Ayrıca, ölkəyə silah qaçaqmalçılığı cəhdləri göstərir ki, rəsmi İrəvan, təəssüf ki, hərbi təxribat siyasətindən əl çəkməyib və münaqişənin sülh yolu ilə həllinə meylli deyil.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























