• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistana qarşı sanksiya tətbiqi ilə bağlı petisiya açıldı

Ermənistana qarşı sanksiya tətbiqi ilə bağlı petisiya açıldı
11.10.2020 18:14
Ağ Evin rəsmi saytında ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə bağlı petisiya açılıb.
"Report” xəbər verir ki, petisiyada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz etdiyi, Dağlıq Qarabağ və ətraf ərazilərin işğal olunması qeyd edilib.
Vurğulanır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini qeydsiz-şərtsiz azad etməsi ilə bağlı qəbul edilmiş qətnamələrinə əməl etmir. Bununla yanaşı, Ermənistan Haaqa konvensiyasının qaydalarını pozaraq Xızıda, Gəncədə, Bərdədə, Tərtərdə mülki əhalini raket hücumuna məruz qoyur. Sentyabrın 27-dən etibarən Ermənistanın mülki insanları hədəfə alması nəticəsində 41 nəfər ölüb və 205 nəfər yaralanıb. Petisiyada Ermənistana qarşı ticarət sanksiyası və hərbi embarqosunun tətbiqinə çağırılır.
Petisiyanı dəstəkləmək üçün göstərilən linkə (https://petitions.whitehouse.gov/petition/sanction-republic-armenia-engaging-war-crimes-against-civilians-republic-azerbaijan?fbclid=IwAR01EQE4d3eeJJFfnZMW3hIkNGvCwHxCJ3OtZJX0mmSxyIXc-x49OU4R4m4) daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name), elektron ünvanı tələb olunan hissələrdə yazmaq və SİGN NOW düyməsini basmaqla petisiyanı imzalamaq olar. Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol