Yol polisindən sürücülərə MÜRACİƏT

"Məlum olduğu kimi, "COVID-19” pandemiyasının qarşısının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi tədbirləri nəticəsində virusa yoluxma sayında nəzərəçarpan azalma qeydə alınıb. Lakin son günlərdə gündəlik yoluxmada artımın müşahidə edilməsi yenidən ciddi narahatlığa səbəb olur”.
"Bakı şəhər BPİ DYPİ sərnişin daşıma ilə məşğul olan şirkətlər, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək bildirir ki, mövcud vəziyyəti nəzərə alaraq, xüsusi karantin rejimi qaydalarına ciddi əməl edilməsi barədə tələblərə riayət edilsin. Aparılan araşdırmalar, təhlillər göstərir ki, gündəlik yoluxma sayında artım karantin qaydalarına əməl edilməməsindən qaynaqlanır.
Paytaxt ərazisində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə profilaktik tədbirlər bundan sonra da tərəfimizdən mütəmadi olaraq davam etdiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























