• $
  • €
  • ₽
  • ₺
  • £

Düşmən Tərtəri atəşə tutub - VİDEO

Düşmən Tərtəri atəşə tutub - VİDEO
12.10.2020 17:50
Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu ağır artilleriya ilə atəşə tutmaqda davam edir.

Anews.az "report"a istinadla xəbər verir ki, düşmən oktyabrın 10-u saat 12:00-dan bu günədək düşmən dinc sakinləri yenidən hədəf alaraq, top mərmiləri atır.

Oktyabrın 11-də Tərtər rayon ərazisinə 10-a yaxın top mərmisi atılıb.

Məlumata görə, sentyabrın 27-dən oktyabrın 12-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atılan top mərmiləri nəticəsində ümumilikdə Tərtər rayonunda 103 mülki ev tamamilə dağıdılıb, 500-ə yaxın evə ziyan dəyib.

Bundan başqa, 51-dən çox yaşayış binasındakı mənzillərə, 31 ticarət obyektinə, 12 məktəbə, 3 uşaq bağçasına, 10-a yaxın inzibati binaya zərər dəyib.
Ümumilikdə düşmən tərəfindən atılan top mərmiləri nəticəsində Tərtər rayon ərazisində 40 mülki şəxs yaralanıb, 9 nəfər ölüb.

Sentyabrın 27-dən oktyabrın 12-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərinin artilleriya atəşinə tutması nəticəsində qəsəbə ərazisindəki yaşayış binalarına xeyli ziyan dəyib.

O vurğulayıb ki, düşmən tərəfindən törədilən terror əməllərinə baxmayaraq, qəsəbə sakinləri evlərini tərk etməyib.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Tərtər, Ağdam və Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Tərtər rayon Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol