• $
  • €
  • ₽
  • ₺
  • £

TƏBİB-dən epidemik vəziyyətlə bağlı AÇIQLAMA

TƏBİB-dən epidemik vəziyyətlə bağlı AÇIQLAMA
12.10.2020 18:00
Hazırda dünyada və ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artan tendensiyada davam edərək epidemik vəziyyəti gərginləşdirməkdədir. 

Anews.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, eyni zamanda payız və qış fəsillərində mövsümi qrip və digər etiologiyalı kəskin tənəffüs yolları infeksiyalarının sayının artması müşahidə edilir.
Qeyd olunub ki, koronavirus (COVID-19) infeksiyası ilə yanaşı sözügedən xəstəliklərlə epidemik vəziyyətin gərginləşmə ehtimalının minimuma endirilməsi məqsədi ilə respublikanın bütün şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb personalı), hamilələr, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında könüllü olaraq qrip əleyhinə vaksinasiya tədbirləri 2020-ci il 12 oktyabr tarixindən başlayaraq bir ay müddətində həyata keçiriləcək.

Ölkəmizə gətirilən Abbott Biologicals şirkəti tərəfindən Niderland Krallığında istehsal olunmuş İnfluVak Tetra peyvəndi, dördvalentli, inaktivasiya olunmuş peyvənddir. ÜDS təşkilatı tərəfindən təsdiqlənmiş və 2020-2021-ci il mövsümünə aid qrip peyvəndinə qoyulmuş tələblərə uyğundur . Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Bu peyvəndir dozallanmasında və aseptik şəraitdə vurulmasında ən uyğun qablaşdırmadır. 6 aydan başlayaraq uşaqlara da vurula bilər. 

Vaksin mütləq olaraq tibb müəssisəsində və tibb işçisi tərəfindən vurulmaldır. 

Vaksinasiya ölkə üzrə tələblərə cavab verən xüsusi ayrılmış tibb müəssisələrində həyata keçiriləcək.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol