Xaricdə yaşayan azərbaycanlılar Qarabağ savaşından danışdı

3 ilə yaxındır Almaniyaya köçən jurnalist Tünzalə Rafiqqızı Qarabağdakı hadisələrdən çox təsirlənib. Onun aiiləsi birinci Qarabağ müharibəsində şəhid verib. Tünzalə Rafiiqqızı deyir ki, Vətəndən uzaqda olsa da Qarabağa gəlməyə və döyüşə qatılmağa hazırdır.
" Biz Almaniyada mütəmadi olaraq dünyaya səsimizi çatdırmaq üçün aksiya keçiririk. Ermənilərə etirazımızı müxtəlif dillərdə dünyanın müxtəlif mediasına çatdırmağa çalışırıq. Mən də zamanında birinci Qarabağ döyüşlərində şəhid vermiş ailələrdənəm. Uşaqlığı və gəncliyi Qarabağda məhv olmuş bir adamam. Ən böyük arzum müharibədə iştirak edib torpaqlarımızın azad olunması istəyidir. Azərbaycanın nizami ordusuna inanıram. Almaniyada yaşayan yüzlərlə vətəndaşımız Qarabağda döyüşmək üçün hazır olduğunu bildirir”.

Tünzalə Rafiqqızı kimi düşünən və dünyanın bir çox ölkələrində yaşayan tanınmış jurnalist və sadə vətəndaşlarımız anews.az-a Qarabağdakı müharibədən danışıb.
Uzun
illərdir İstanbulda yaşayan jurnalist Pərviz
Sultansoy bildirdi ki, Qarabağda
döyüşmək üçün onun dostu Amerikadan könüllü olaraq orduya yazılmaq üçün Bakıya
gəlib.

Polşada
oxuyan tələbə Aynur Sultanovanın sözlərinə görə Polşadakı insanlar arasında da
artış vuruşmaq üçün könüllü müraciət edənlər var.

Türkiyədə yaşayan məktəb direktoru Məhsəti Şərifin fikrincə Türkiyədə yaşayan yetərincə azərbaycanlı oğlanlar Qarabağda döyüşmək üçün konsulluğa müraciət ediblər. Təkcə keçən həftə konsulluqdan 200 nəfər Azərbaycana göndərilib. Bundan əlavə burda yaşayan azərbaycanlılar orduya dəstək üçün yardımlar göndərir.

İzmirdə
yaşayan azərbaycanlı tələbə Emin Cavadovun sözlərinə görə İzmir sanki Azərbaycan
şəhəri olub.

İspaniyada
yaşayan Səfa Rəşid isə yazır ki, İspaniyada yaşayan azərbaycanlılar orduya dəstək
üçün yardımlar yığır.

Amerikada
yaşayan Ramal adlı həmyerlimiz isə düşünür ki, onların yaşadığı ştatda olan azərbaycanlılar döyüşmək üçün gəlməyi
düşünmür, amma buna baxmayaraq üzərinə düşən ictimai fəallığı yerinə yetirir.

İstanbulda yaşayan Fidan Guliyeva bilidrir ki, Türkiyədə azərbaycanlılara artıq bir başqa sevgi yaranıb.
"Burada hər hər kəs Azərbaycan deyir. Gənclərimiz çox möhtəşəmdir. Hər kəs sülh yox müharibə ilə torpaqlarımızın alınmasını istəyir. Ətrafımda tanıdığım bir çox insanlar döyüşmək üçün Bakıya qayıradaq orduya yazılıb. Ürəyimiz Azərbaycandadır. Yaşadığım 15 ildə ilk dəfədir Türkiyədən Azərbaycana bu qədər dəstək görürəm. Hər yerdə danışılacaq bir mövzu var: Qarabağ!. Türkiyənin hər yerində Azərbaycan və Türkiyə bayrağı yanaşı dalğalanır. Özümüz Azərbaycanda hiss edirik. Artıq Türklər azərbaycanlılara cəsur və mərd kimi baxır”.

Hollandiyada yaşayan jurnalist Fikrət Hüseynli Azərbaycanda gedən müharibə üçün narahatlığını bildirdi.
"Biz burada ermənilər ilə yanaşı yaşayırıq. Hər dəfə erməni ilə qarşılaşanda yadımıza torpaqlarımız düşür. Bu səbəbdən də bizlər işğalın sonlandırılmasını istəyirik. Avropa və digər yerlərdə yaşayan azərbaycanlıların çoxu Azərbaycana getmək istəyir. Lakin hazırda səfirliklər o halda viza verirlər ki, kiminsə 1-ci dərəcəli qohumu ya ağır xəstə, ya da vəfat etmiş olsun. Təbii ki, viza verilməsinin məhdudlaşdırılması təhlükəsizliklə bağlıdır. Vətənə kömək üçün getməyə hazır insanlar çoxdu. Çünki ölkədə nizami ordu var və o tam heyətilə Ermənistana qalib gəlməyə, torpaqları işğaldan azad etməyə qadirdi”.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























