• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əsədov gürcüstanlı həmkarına məktub göndərdi

Əli Əsədov gürcüstanlı həmkarına məktub göndərdi
15.10.2020 21:00
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 14-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Anews.az verilən məlumata görə, məktubda Gürcüstanın Baş Naziri sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı məlumatlandırılıb.

Xüsusi vurğulanıb ki, humanitar atəşkəsə dair razılıq əldə edildikdən bir gün sonra Ermənistan silahlı qüvvələrinin gecə saatlarında Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarını "SCUD” raket sistemindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 10-u qadın, 9-u uşaq olmaqla 34 nəfər yaralanıb.

Ermənistanın Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə zərbə endirmək cəhdinə Gürcüstan Xarici İşlər Nazirliyinin dərhal münasibət bildirməsinin təqdirəlayiq olduğu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan və Gürcüstan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, iki ölkənin üzləşdiyi münaqişələrin beynəlxalq hüququn prinsip və normaları, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında, habelə beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarına uyğun olaraq həll olunması məsələsində bir-biri ilə həmrəylik göstərir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol