• $
  • €
  • ₽
  • ₺
  • £

Külək nə vaxt səngiyəcək?

Külək nə vaxt səngiyəcək?
24.06.2014 13:24
Sabah gündüzdən etibarən Azərbaycanda müşahidə olunan küləyin səngiməsi və hava şəraitinin mülayimləşməsi gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, iyunun 25-dən etibarən ölkə ərazisində külək səngiyəcək. Onun sözlərinə görə, sabah günorta saatlarından və iyunun 26-dan havanın temperaturu yüksələcək. Artıq iyunun 26-da Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 34-35 dərəcəyə çatacağı gözlənilir. Küləyin güclənməsinin səbəblərinə gəlincə, U.Tağiyeva qeyd edib ki, sinoptik xəritələrin araşdırılması Qara dəniz rayonlarından antisiklon, yüksək təzyiq sahəsinin Xəzərə doğru hərəkət etdiyini göstərib: “Eyni zamanda Xəzərin cənubuna İran ərazisindən siklon - alçaq təzyiq sahəsi yönəlirdi. Bu iki hava kütləsinin ölkə ərazisində qarşılaşması burada təzyiq fərqini artırıb, küləyin güclənməsini şərtləndirib. Bu gözlənilən bir proses idi. Ayın 20-nə olan proqnozlarda iyunun 22-23-də müşahidə olunan güclü külək haqqında məlumat verilib və proqnozlarda göstərilib. Məlumatlara əsasən, iyunun 22-si gün ərzində və 23-ü axşamadək ölkə ərazisində müşahidə olunan küləyin sürətinin 28-30 m/s, bəzi ərazilərdə 33-35 m/s-dək şiddətlənəcəyi gözlənilirdi. Sadəcə, bu, digər proseslərdən fərqli olaraq bir qədər davamiyyəti olub. Artıq 3-cü gündür ki, Bakıda və rayonlarda güclü külək əsir. Bu günlərdə havanın temperaturu da 30 dərəcədən yüksək olmayıb. Lakin artıq bu günə küləyinin sürəti ayın 22-si ilə müqayisədə bir qədər azalıb. Belə ki, bu gün artıq küləyin sürəti 25 m/s-dən artıq deyil. Sabah gündüzdən etibarən isə bu küləyin səngiməsi gözlənilir. Küləyin sürəti bu günlə müqayisədə xeyli mülayimləşəcək və havanın temperaturu nisbətən yüksələcək”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol