• $
  • €
  • ₽
  • ₺
  • £

“Demokratiyanın və Milli Dəyərlərin Təbliği” İB konfrans keçirdi - FOTOLAR

“Demokratiyanın və Milli Dəyərlərin Təbliği” İB konfrans keçirdi - FOTOLAR
24.06.2014 13:15
Bu gün “Demokratiyanın və Milli Dəyərlərin Təbliği” İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirtdiyi “interaktiv təlim sistemini tətbiq etməklə şagirdlərdə vətən sevgisi hisslərinin aşılanması” mövzusunda keçirdiyi təlimlərin son nəticələri barədə mətbuat konfransı keçirib.
Mətbuat konfransı Azərbaycan Dövlət Himninin səslənməsiylə başladı. Sonra təlimin rəhbəri Əli  Cəfərov bildirdi ki, təlim planına uyğun olaraq, hər qrupa kurukilum sistemi ilə iki təlim keçirilib. O, şagirdlərlə birgə Şəhidlər Xiyabanında olduğunu, vətənpərvərlik mövzusunda söhbətlər etdiyini vurğuladı.
Ə.Cəfərov qeyd etdi ki, bu təlimin keçirilməsində əsas məqsəd gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirmək, məktəb-valideyn münasibətlərini tənzimləmək, eyni zamanda ənənəvi təlim sistemindən fərqli olaraq, milli kurikulum sisteminin üstünlüklərini şagirdlərə və valideynlərə izah etməkdən ibarət olub.
“Təlimlər nəticəsində valideynlər bir daha milli kurikulum sisteminin üstünlüklərinin əyani şahidi oldular. Onlar gördülər ki, milli kurikulum sistemi ilə tədris zamanı şagirdlərdə idraki təfəkkür inkişaf edir, onlarda kollektiv təəssübkeşlik formalaşır, eyni zamanda sərbəst nitq qabiliyyətləri təkmilləşir”, - deyə təşkilat sədri əlavə etdi.
Onun sözlərinə görə, təlimlərin sonunda iştirakçılarla diplomlar təqdim olunub.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol