DYP vətəndaşlara çağırış etdi - "Ehtiyatlı olun!"

Baş Dövlət Yol Polisi İdarəsi ölkədə tətbiq olunan hərbi vəziyyətlə bağlı vətəndaşlara müraciət edib.
Anews.az xəbər verir ki, müraciətdə deyilir:
"Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il fərmanı ilə Respublikanın bütün ərazilərində sentyabrın 28-i saat 0:00-dan hərbi vəziyyət elan edilmiş, həmçinin həmin fərmana əsasən, Respublikanın bir sıra şəhər və rayonarında, o cümlədən paytaxt Bakı şəhərində hərbi vəziyyət dövründə saat 21:00-dan saat 6:00-dək komendant saatı tətbiq olunur.
Qeyd olunan dövr ərzində Ermənistan tərəfindən ölkədəki sabitliyi, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsdəilə terror və təxribatlar törədilməsi ehtimalı ilə bağlı dövlət təhlükəsizliyi orqanlarına məlumatlar daxil olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























