• $
  • €
  • ₽
  • ₺
  • £

İnstitut direktoru vəzifəsindən azad edildi

İnstitut direktoru vəzifəsindən azad edildi
24.06.2014 13:13
Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru Məmməd Balakişiyev vəzifəsindən azad edilib.Göygöl rayonunda yerləşən qurumdan APA-nın qərb bürosuna verilən məlumata görə, Kənd təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə 2004-cü ildən elmi tədqiqat institutuna rəhbərlik edən Məmməd Balakişiyev institutun direktoru vəzifəsindən azad edilib və səlahiyyətlər müvəqqəti olaraq direktor müavini Fizuli Mirzəyevə həvalə edilib. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol vermələri barədə Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Araşdırmalar zamanı institutun vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq 2006-2013-cü illərdə ştatda olan və ştatdankənar işçilərə işləmədikləri halda onların adına qanunsuz olaraq 14.0 min manat məbləğində əmək haqqının hesablanması, işçilərə əsassız olaraq 34.3 min manat məbləğində əmək haqqının ödənilməsi, məzuniyyət haqqının və ezamiyyət xərclərinin düzgün hesablanmaması nəticəsində işçilərə 38.7 min manat məbləğində artıq vəsaitin ödənilməsi, istifadəyə yararsız avtomaşınların sürücülərinə qanunsuz olaraq 12.2 min manat məbləğində əmək haqqının ödənilməsi, 77.7 min manat dəyərində inventar və avadanlığın çatışmamazlığı, müxtəlif işlərin görülməsi adı ilə 26.1 min manat məbləğində vəsaitin hesabdan əsassız silinməsi, 61.3 min manat dəyərində dərman preparatlarının əsassız silinməsi, nəqliyyat vasitələri üçün 5.1 min manat dəyərində yanacağın artıq silinməsi və digər qanun pozuntularına yol vermələrində əsaslı şübhələr olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol