• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sabahdan VPN-lər bağlana bilər - AÇIQLAMA

Azərbaycanda sabahdan VPN-lər bağlana bilər - AÇIQLAMA
16.10.2020 22:24
Mövcud müharibə səbəbi ilə bağlı ölkədə internetin verilməsində, sosial şəbəkələrə girişdə məhdudiyyətlər olduğu məlumdur. Amma VPN tətbiqindən istifadə etməklə sosial şəbəkələrdən istifadə etmək mümkündür. Ermənilərin təxribat xarakterli paylaşımlarının azərbaycan xalqında ruh düşkünlüyü yaratmaması üçün nə etmək olar? VPN-dən istifadə məhdudlaşdırıla bilərmi?
Anews.az bildirir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Xidmətindən verilən açıqlama deyilib:
"VPN- lə bağlı tərəfimizdən marifləndirici məzmunlu mətnlər kifayət qədər paylaşılıb. Bu mövzuda insanlar özləri də məsuliyyətli olmalıdırlar. Bildiyimiz kimi, ölkəmizdə hərbi vəziyyətdir və bu vəziyyətdə hər bir şəxs vətəndaş borcunu yerinə yetirməlidir. Düşmən bugün cəbhədə uduzduğu üçün istənilən təxribatı etməyə fürsət axtarır. Bu baxımdan ən əl çatan yol da kiber mühitdir. Kiber mühitdə hər bir insan bir fərd kimi özünü qorusa, müvafiq qurumların informasiyalarına istinad edib ona uyğun davransa, təxribatın qarşısı müəyyən qədər alınmış olar. VPN-ləri öz telefonlarımıza yükləməsək, qarşı tərəf bizə məxsus informasiyalara nail ola bilməyəcək.
İnsanları sosial şəbəkələrdə yayılan, rəsmi olmayan məlumatlara inanmamağa çağırırıq. Çünki bugün ölkəmiz informasiya alınması baxımından məhdudlaşdırılmayıb. Müəyyən kütləvi informasiya vasitələri və media qurumları tərəfindən kifayət qədər, lazımi informasiyalar cəmiyyətə ötürülür”.
Qeyd edək ki, bir çox VPN proqramları pulludur. Hazırda istifadə etdiyimiz VPN-lər isə 20-30 gün müddətinə pulsuz verilir. Nəzərə alsaq ki, ölkəmizdə sentyabrın 27-dən internetə giriş məhdudlaşdrılıb və bu müddətdən pulsuz VPN istifafə edənlər üçün sabahdan etibarən sistem bağlana bilər. redaktor.az


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol