• $
  • €
  • ₽
  • ₺
  • £

Hərbi təxribatları Ermənistana daha 20 milyon dollar zərər vurdu - FOTO

Hərbi təxribatları Ermənistana daha 20 milyon dollar zərər vurdu - FOTO
18.10.2020 15:11
Bu ilin sentyabr ayının 27-də Ermənistanın Azərbaycana qarşı təcavüzünə cavab olaraq, ordumuzun başladığı əks-hücum hərəkatı Ermənistanın dağ-mədən sənayesinin çöküşünü sürətləndirib. Belə ki, təkcə Azərbaycanla sərhəddə yerləşən "Sotk” qızıl mədəninin tamamilə dayanması ümumilikdə ölkənin dağ-mədən sənayesinin istehsalına əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.  
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilir ki, Ermənistanın mədənçıxarma sənayesi 2019-cu ildə ÜDM-in formalaşmasında 2.8 faizlik paya malik olub.  Belə ki, 2019-cu ilə Ermənistanın cəmi ixracı 2,6 milyard ABŞ dolları olub və onun 16 faizini qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar və onlardan hazırlanan məmulatların ixracı 415 milyon ABŞ dolları təşkil edib. Qiymətli və az qiymətli metallar və onlardan hazırlanan məmulatlar Ermənistanın ixracının dörddə birindən çoxunu təşkil edir. Bu sənaye Ermənistana valyuta gətirən önəmli sahədir. 


Ermənistandan qiymətli və az qiymətli metallar və onlardan hazırlanan məmulatların  ixracı, milyon ABŞ dolları ilə. 
Əlavə olaraq, "Sotk”un Ermənistanın ən böyük qızıl mədəni olduğu vurğulanıb. Bu mədən Azərbaycanla sərhəddə yerləşir. Ermənistan tərəfi "Sotk” mədəni ilə yanaşı həm də qanunsuz olaraq Azərbaycan ərazisindəki Söyüdlü - Zod qızıl mədənini də istismar edir. Murovdağ zirvəsinin azad olunmasından dərhal sonra Ermənistan "Sotk” mədənində işləri dayandırdığını bildirdi. Bununla yanaşı Ermənistanda hərbi səfərbərliyin başlaması və ölkənin digər mədənlərində də işlərin yavaşlamasına səbəb olub. Çünki mədənlərdəki işçi qüvvəsi əsasən kişilərdir və onlar səfərbərlik çərçivəsində orduya cəlb olunurlar. 
İlkin hesablamalara görə, savaşın davam etdiyi üç həftə ərzində Ermənistan iqtisadiyyatı təkcə dağ mədən sənayesində yaşanan problemlər səbəbindən təxminən 20 milyon ABŞ dollarından çox zərər edib. Təbii ki, azalma məhz bu sektor üzrə ixracın da azalmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək. Eyni zamanda, dağ-mədən sənayesində fəaliyyət göstərən şirkətlər ölkənin iri vergi ödəyiciləridirlər və bu sahədə istehsalın geriləməsi Ermənistanın dövlət büdcəsinin gəlirlərinin azalmasına da səbəb olacaq.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol