• $
  • €
  • ₽
  • ₺
  • £

Elçin Əmirbəyov “Əl-Ərəbiyyə” kanalına Ermənistanın humanitar atəşkəsi pozması ilə bağlı danışdı - VİDEO

Elçin Əmirbəyov “Əl-Ərəbiyyə” kanalına Ermənistanın humanitar atəşkəsi pozması ilə bağlı danışdı - VİDEO
18.10.2020 16:09
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Ərəb telekanalı "Əl-Ərəbiyyə”yə canlı olaraq verdiyi müsahibədə Minsk qrupu həmsədrləri ilə koordinasiya edilərək, Fransanın vasitəçiliyi ilə dünən əldə edilən, 18 oktyabr gecə yarısında qüvvəyə minən humanitar atəşkəs razılaşmasının Ermənistan tərəfindən çoxsaylı, kobudcasına pozulmasından danışıb.
O, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejiminin pozulmasına yönələn təkrar təxribatları zamanı Tərtər və Cəbrayıl istiqamətlərindəki Azərbaycan mövqelərini ağır artilleriya və minaatanlardan atəşə məruz qoyduqlarını bildirib. Nəticədə hərbçilərimizdən biri yaralanıb. Ermənistanın öz öhdəliklərini yenidən xain şəkildə pozması bir daha göstərir ki, işğalçı ölkə rəhbərliyi münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və Azərbaycana qarşı başladılan hərbi təcavüzü davam etdirmək niyyətindədir.
Qeyd olunub ki, Azərbaycan qanuni müdafiə haqqını qoruyub saxlayır və düşmənin bütün təxribatlarına layiqli cavab veriləcək. Aparıcının sualını cavablandıran E.Əmirbəyov Gəncə şəhərinin yaşayış məntəqələrini gecə saatlarında Ermənistan ərazisindən qeyri-insani bombardıman etməsi, bunun nəticəsində 13 azərbaycanlı mülki şəxsin öldüyü və 40-dan çox insanın yaralandığı barədə ətraflı danışıb.
Bu terror aktını insanlığa qarşı cinayət kimi xarakterizə edən E.Əmirbəyov Ermənistanın hərbi siyasətini qorxaqlıq və qeyri-insani zülmdə günahlandırıb və onun törətdiyi əməllərə görə gec-tez ədalət qarşısına çıxarılacağını qeyd edib.
 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol