• $
  • €
  • ₽
  • ₺
  • £

“İrşad Electronics” Gəncədə ailəsini itirən Xədicəni himayəyə götürmək istəyir

“İrşad Electronics” Gəncədə ailəsini itirən Xədicəni himayəyə götürmək istəyir
19.10.2020 10:07
Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri "İrşad Electronics” Ermənistan tərəfindən vurulan Gəncə şəhərində baş verən hadisə nəticəsində ailəsini itirən və yaralı vəziyyətdə xəstəxanada olan balaca Xədicə Şahnəzərovanı himayəyə götürmək üçün Gəncə İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıb. Müraciətdə şirkətin balaca Xədicənin yetkinlik yaşlarına (18 yaş) çatana qədər aylıq təminat xərclərini öz üzərinə götürmək və universitetə qəbul olduğu təqdirdə 4 illik ödəniş haqqını ödəmək istədiyi bildirilir.

Şirkət tərəfindən ünvanlanan rəsmi məktubda qeyd olunub ki, "Balaca vətəndaşımız Xədicənin doğmalarının yerini heç kim əvəz edə bilməz, lakin bütün Azərbaycan olaraq artıq onun ailəsiyik. Yaşadığı acılar acımızdır. Bu günlərdə Azərbaycan Ordusunun Tarixi zəfər yolunda baş verən hadisələr insanların birliyini daha da gücləndirdi. Hər kəs Vətən qarşısında öz vəzifə borcunu ödəmək üçün əlindən gələni edir. İstər ön cəbhədə hərbçilərimizin göstərdiyi şücaət, istər arxa cəbhədə millətimizin ordumuz üçün, erməni terrorçuları tərəfindən zərər görümüş vətəndaşlarımıza etdikləri bu ölkənin vətəndaşı olaraq bizi də qürurlandırır. Bu minvalla biz də dəstək üçün əlimizdən gələni etməyə hazırıq.”

Qeyd edək ki, ötən günlərdə şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini də artıq dondurub. Qarabağda gedən zəfər döyüşləri müddətində şəhid olan və yaralanan hərbçilərin kredit borclarını tam siləcəyi xəbərini verib. Həmçinin Qarabağ uğrunda döyüşlərdə yaralanan hərbçilərimizin  və səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 100 ailəyə 30 000 manat həcmində birdəfəlik maddi yardım ayırıb. Ordumuza dəstək olmaq məqsədi ilə isə "İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna da 50.000 manat köçürüb və cəbhə bölgəsində çətin dağlıq şəraitdə xidmət edən hərbiçilərimizə 20.000 manat dəyərində isti geyim yola salıb.

"İrşad Electronics” şirkəti olaraq ordumuzun zəfər yürüşləri ilə fəxr edir və döyüşlərdə ordumuza qoşulan əməkdaşları da daxil olmaqla bütün hərbçilərin sağ salamat, şad xəbərlə qayıtmalarını arzulayır.  

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol