• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Nəqliyyat Agentliyindən sərnişin sıxlığı ilə bağlı açıqlama

Bakı Nəqliyyat Agentliyindən sərnişin sıxlığı ilə bağlı açıqlama
19.10.2020 10:34
Metro ilə sərnişindaşımaların müvəqqəti dayandırıldığında hazırda Bakı şəhərində sərnişindaşımaları avtobuslarla həyata keçirilir. Sərnişin axınının vaxtında və düzgün idarə olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) nəqliyyat planı hazırlayıb.

Bu barədə Anews.az-a BNA-dan bildirilib.

Məlumatda deyilir ki, plana əsasən hazırda sərnişindaşımaları üzrə 153 müntəzəm və 10 ekspress marşrut xətti xidmət göstərir. Bu xətlər üzrə ümumilikdə 2100 ədədə yaxın avtobus cəlb olunub ki, bu da adi rejimlə müqayisədə 13-15 % çoxdur. Daha 70 ədəd avtobus isə ehtiyyat olaraq səhər və axşam pik saatlarında daşımalara cəlb olunacaq. Avtobusların sayı və intervalı sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Lakin daşımaların rahat və vaxtlı-vaxtında təmin olunması üçün avtobusların maneəsiz hərəkətinə ciddi zərurət vardır. Belə ki, bu gün səhər aparılan müşahidələr də onu göstərir ki, gün ərzində xüsusilə pik saatlarında nəqliyyatın hərəkətində yaranan sıxlıqlar avtobuslararası hərəkət intervalının pozulmasına, avtobusların uzun müddət tıxacda qalmasına səbəb olur. Bu isə öz növbəsində dayanacaq məntəqələrində gözləyən sərnişin sayının artmasına və avtobuslarda sərnişin sıxlığının yaranmasını qaçılmaz edir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən xahiş edirik ki, avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşsınlar.
 
Xüsusən də avtobusların dayanacaq məntəqələrinə sərbəst giriş-çıxışına şərait yaradılmalıdır. Dayanma-durma və parklanma qaydalarına ciddi şəkildə əməl olunmalıdır. Nəqliyyat vasitələrinin dayanacaq məntəqələrinin ərazisində, avtobusların hərəkət trayektoriyasında park edilməsinə yol verilməməlidir. Məlumat üçün bildirim ki, sərnişindaşımaların təşkilində Bakı Nəqliyyat Agentliyinin 20 nəfərdən çox əməkdaşı iştirak edir. Bundan əlavə sərnişin axını yüksək olan 30-dan çox dayanacaq məntəqəsində 120 nəfərdən artıq nəzarətçi xidmət edir.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol