“İnstagram”da narkotiki təbliğ edən videolar yayan şəxs tutuldu

"Instagram” sosial şəbəkəsində profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin səhifənin sahibi paytaxt sakini Rəşid Məmmədov yaşadığı Sabunçu rayonu ərazisində tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib.
Təyin edilmiş ekspertizaların nəticəsində Rəşid Məmmədovun mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























