Adını tarixə yazdıran qadınlar SİYAHI

Həyatın hər sahəsində uğurlu qadınları görmək mümkündür. ANS PRESS tarixi adını yazdıran bəzi qadınları oxucuları ilə tanış edir. Uşaq beziMarion Donovan adlı qadın uşaq dünyaya gətirdikdən sonra tez-tez çirklənən paltarla qarşılaşmağa başladı. Bundan sonra o çirkli paltarlarla mübarizə üsulu axtarışına çıxdı. 1951-ci ildə uşaq bezinin patentini alaraq adını tarixə yazdırdı və bütün dünya sakinlərini sözün əsl mənasında xilas etdi. Lillian Moller GilbretLillian “Superwomen” (Superqadın) adı ilə tanınıb. Buna səbəb isə onun 12 övladının olması olub. Sənaye mühəndisi olan Lillian qadınların həyatını asanlaşdıran mikser, soyuducunun qapılarındakı rəfləri icad edib. Mari Flips JacopQadınların əsas alt paltarı olan büsqalteri tapan ilk qadın olub. Mari 1914-cü ildə Amerika Patent Ofisinə müraciət edərək ixtirasına patent alıb. Josefina Kokraneİlk qabyuyan maşını tapan və patentini alan qadındır. Josefina əslində çox zəngin olub və ev işləri görməyib. O, bu ixtiranın patentini 1950-ci ildə alıb. Stefani L.KvolekHeç evlenməyən və uşağı olmayan Stefanie özünü tamamailə kariyerasına həsr edib. O, 1963-cü ildə “kevlar” adlı materiyalı taparaq zirehli jileti icad edib. Melitta Bentzİki uşaq anası Bentz avropalılar üçün önəmli ixtira edib. O, qəhvə filtrini tapan qadındır. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























