• $
  • €
  • ₽
  • ₺
  • £

“Avtoşluq”luqda günahlandırılan nömrəsiz maşının sahibi tapıldı - VİDEO

“Avtoşluq”luqda günahlandırılan nömrəsiz maşının sahibi tapıldı - VİDEO
23.06.2014 19:04
Dünən internet portallarında Bakının Xətai prospektində dövlət nömrə nişanı olmayan avtomobil görüntülənib. 
Azxeber.com-un elektron ünvanına göndərilən videoda “Mercedes-Benz SLS” markalı avtomobilin sürücüsü dövlət nömrə nişanı olmadan hərəkət edir. Görüntülər “Mercedes-Benz SLS” nin arxasında hərəkət edən avtomobilin kamerası tərəfindən lentə alınıb. Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, həmin avtomobilin sahibi Şərifov Elşən Əlimuxtar oğludur. Hazırda həmin avtomobil Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ərazisindəki cərimə meydançasındadır.
Avtosfer.az-a açıqlama verən Elşən Şərifov bildirib ki, o, avtomobili iki gündür Bakıya gətirib. Gürcüstanda sərhədi keçərkən tranzit nömrə verilib və həmin nömrə adi kağızdan ibarətdir. Elşən isə avtmobili Bakıda avtoyuma məntəqəsind yudurdandan sonra arxa nömrə islanaraq düşüb. Lakin Elşənin dediyinə görə, onun bundan xəbəri olmayıb. Sürət həddinin aşılmasına, avtoşluq etməsinə gəlincə, Elşən Şərifov bu barədə yazılanlarla razılaşmayıb və bildirib ki, o, həmin ərazidə sürət həddini aşmayıb: «Ümumiyyətlə, avtoşluq mənim həyat tərzimə uyğun deyil. Bu yazılanların araşdırılmasına çalışıram. Bilmirəm, o videonu yayan adam mənim maşınımı dayanmış halda 160-la getdiyimi necə müəyyən edib. Məni yol polisi saxlayıb. Amma sürət həddini aşmağa görə yox, arxa nömrənin olmamasına görə. Bununla bağlı mənə cərimə yazılıb; 80 manat və 4 bal. Buna etiraz etmirəm. Çünki diqqətsizlik etmişəm, nömrənin düşməsindən xəbərim olmayıb. Amma gərək diqqət edəydim».
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə Avtosfer.az-a bildirib ki, «Mersedes GLS-AMG» markalı avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına qoyulub: «Çünki həmin avtomobilin sürücüsü dövlət nömrə nişanlarından biri olmadan nəqliyyat vasitəsini idarə edərkən əməkdaşlarımız tərəfindən aşkar olunub. Artıq ona inzibati protokol da tərtib olunub. O ki qaldı həmin avtomobil sahibinin sürət həddini aşmasına, avtoxuliqanlıq etməsinə, əməkdaşlarımız tərəfindən bununla bağlı araşdırma aparılıb, xüsusi texniki vasitələrin köməyindən istifadə olunub. Yusif Səfərov küçəsində hərəkət edən bu avtomobilin görüntülərinə baxdıq, müşahidə kameralarında hər hansı avtoxuliqanlıq və sürət həddini aşmaq kimi əməllər aşkar olunmayıb. Araşdırmalar davam edir».
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol