• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda soyğunçuluq edən şəxs saxlanıldı

Bakıda soyğunçuluq edən şəxs saxlanıldı
20.10.2020 21:00
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Asif Əliyev oktyabrın 18-də A.M.Şərifzadə küçəsindən "Khazar” markalı avtomobilinə sərnişin qismində əyləşmiş bir nəfərin onun 300 manat dəyərində mobil telefonunu apardığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nadir Məmmədov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün saat 10 radələrində Cəfər Cəfərovun "Nissan” markalı avtomobilindən də eyni üsulla 372 manat dəyərində mobil telefon aparması, habelə 5 nəfəri aldadıb mobil telefonlarını alması, 2 avtomobildən isə mobil telefon oğurlaması da müəyyən edilib.

Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol