Şadlıq evlərində namaz təqvimləri paylanır

"QMİ-nin təqviminə riayət etməyənlər cəzalandırılacaqlar"
"QMİ-nin təqviminə riayət etməyənlər cəzalandırılacaqlar. Məscidlər QMİ-nin təqviminə əməl etməldirlər". ANS PRESS-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Salman deyib.
O, qeyd edib ki, namaz vaxtları ilə bağlı təqvimin paylanmasında ehtiyatlı olmaq lazımdır. Hacı Salmanın sözlərinə görə, şadlıq evlərində də namaz vaxtları ilə bağlı təqvimlər paylanır. İnsanlar bilmirlər ki, kimə inansınlar.
Onun sözlərinə görə, əgər hansısa bir məscid QMİ-nin təqviminə əməl etməsə əlavə tədbirlər görüləcək. "Onlar Azərbaycandadırlarsa QMİ-nin təqviminə əməl etməlidirlər. İstər sünni, istər şiə olsun QMİ-nin təqviminə riayət eləməsə cəzalandırılacaqlar. KİV-də bizə bu işdə kömək etməlidirlər”.
ANN.Az
























