• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın dövlət qurumlarına xəbərdarlıq edildi - VİDEO

Azərbaycanın dövlət qurumlarına xəbərdarlıq edildi - VİDEO
23.06.2014 17:41
Güclü külək fəsadlar törətməkdə davam edir.ANS TV-nin məlumatına görə, bir neçə gündür davam edən küləkli hava şəraiti fəsadlar törətməkdə də davam edir. Paytaxtın bir sıra rayonlarında evlərin tavanınını uçuran güclü külək daha çox ağacları qırıb. Səbail rayonu əraziində 203 nömrəli tam orta məktəbin qarşısında ağacı sındırıb. Hadisə gecə saatlarında baş verdiyindən xoşbəxtlikdən xəsarət alan olmayıb.Bayılda Xanlar Əliyev küçəsində isə iri ağacın gecə saatlarında yola aşması hərəkətdə maneələr yaradıb. Səhər saatlarından yerli icra nümayəndəsi və mənzil istismar sahəsinini əməkdaşları fəsadları aradan qaldırmaq üçün işə başlayıblar. Ağacın gövdəsi doğranaraq yoldan yığışdırılıb. 46 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi İsa Həsənov deyib ki fəsadlar bir neçə yerdə olub. İşçilər işləyir gün ərzində çalışacağıq ki, fəsadlar qalmasın. “Aşan ağaclar maşınlara və evlərə düşməyib və ancaq yollara aşıb.” Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 115-də tikilməkdə olan hündürmərtəbəli binadan tikinti materiallarının həyət evlərinə düşməsi nəticəsində mənzillərə ciddi ziyan dəyməklə yanaşı 5 nəfər də xəsarət alıb. Xəsarət alan sakinlərə dərhal Bakı şəhər təcilli tibbi yardım stansiyanın həkimləri tərəfindən ilkin yardım edilib. Hava şəraitinin belə keçməsi isə fəsadların artacağından xəbər verir. Çünki proqnozlar ürək açan deyil. Güclü küləklə bağlı dövlət qurumları da əvvəlcədən xəbərdarlıq edilib. Hidrometeoroloji proqnozlar bürosunun müdir müavini Gülşad Məmmədova bildirib ki şimal-qərb küləyi dənizdə də güclü dalğa yaradıb. Odur ki, bu günlərdə dənizdə çimmək məsləhət görülmür. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol