• $
  • €
  • ₽
  • ₺
  • £

Ovannisyan Ordumuzun gücündən danışdı, düşmən hücumu başladı

Ovannisyan Ordumuzun gücündən danışdı, düşmən hücumu başladı
20.10.2020 23:43
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Azərbaycan Ordusunun son uğurlarını "şərh” edib.



Bakupost.az xəbər verir ki, Ermənistanın "Birinci kanal”ında danışan Ovannisyan Azərbaycan Ordusunun son 3 gündə cəbhənin cənub istiqamətində güclü zərbələr endirdiyini və genişmiqyaslı hücuma keçdiyini deyib.



Azərbaycan Ordusunun bir məntəqəyə 700-800 canlı qüvvə ilə hücuma keçdiyini vurğulayan Ovannisyan bundan dəhşətə gəldiyini gizlətməyib. Qeyd edib ki, güclü heyət və texnika Azərbaycan Ordusunun tərəfindədir.



"Biz beşinci nəsil müharibəni görürük”, - deyən Ovannisyan bununla Azərbaycan Ordusunun ən müasir texnikadan məharətlə istifadəsini etiraf edib.



Ovannisyan həmçinin Azərbaycan Ordusunun manevrlərindən də danışıb. Bildirib ki, azərbaycanlılar əsasən cənubdan hücum edir.



O, bunu cənub istiqamətinin guya "strateji olması" ilə deyil, şimalda Ermənistan ordusunun güclü mövqe tutması ilə əlaqələndirib. Vurğulayıb ki, şimalda hücum nəticə vermir, cənubda isə Azərbaycan Ordusuna "soldan zərbə endirmək” mümkün deyil, çünki Araz çayı (İran sərhədi) Azərbaycan Ordusu üçün təbii müdafiə yaradır.



Bununla da Azərbaycan Ordusunun uğurlarını etiraf edən və geri çəkilmələrini əsaslandırmağa çalışan Ovannisyan eyni zamanda hazırda Ermənistan ordusunun bu gün azad edilən əraziləri geri qaytarmaq üçün hücuma keçdiyini deyib.



"Hazırda Ermənistan ordusu əks-hücuma keçib. Nəticə haqda dəqiq məlumat hələlik yoxdur. Ancaq deyə bilərəm ki, indi ağır döyüşlər gedir”, - Ovannisyan qeyd edib.



Xatırladaq ki, bu gün Azərbaycan Ordusu Zəngilan şəhəri və daha 24 kəndi işğaldan azad edib.



Azərbaycan Müdafiə Nazirliyi isə az öncə Qubadlı istiqamətində Ermənistan ordusuna məxsus çoxsaylı hərbi texnikanın məhv edildiyini əks etdirən görüntü də paylaşıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol