Ermənilərə dəstək verən Tatulovanın Bakıdakı kafesi bağlandı

Bakıda sahibi Ermənistan tərəfinə maddi dəstək verəcəyini bəyan edən kafenin fəaliyyəti dayandırılıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nəsimi rayonunda (AF Mall) yerləşən "AnderSon” ailəvi kafelər şəbəkəsinin sahibi Anastasiya Tatulova şəxsi sosial şəbəkə hesabında paylaşım edərək "Düşüncələrimlə, pulumla, hər şeyimlə ermənilərin tərəfindəyəm”, - deyə qeyd edib.
Bundan sonra sosial şəbəkə istifadəçiləri onu tənqid ediblər, indiyə kimi kafedə olmuş müştərilər də şərh yazaraq obyekti boykot etdiklərini bildirərək Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini qeyd ediblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























