• $
  • €
  • ₽
  • ₺
  • £

Müəllimlərə və həkimlərə ŞAD XƏBƏR

Müəllimlərə və həkimlərə ŞAD XƏBƏR
23.06.2014 15:10
Azərbaycanda müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı konsepsiya hazırlanır.ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.B.Xəlilov bildirib ki, hazırda konsepsiya müvafiq dövlət orqanlarında razılaşdırılma mərhələsindədir.Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə də danışan B.Xəlilov əlavə edib ki, bu il ölkədə qiymətləndirilmə ilə bağlı qaydalar təsdiq edilib, qüvvəyə minib. Komissiya sədri bu ildən bütün dövlət orqanlarında dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin tətbiq ediləcəyini vurğulayıb.Azərbaycanda dövlət qulluğuna qəbul zamanı müsahibə mərhələsində yaranan problemlər barədə danışan B.Xəlilovun sözlərinə görə, hər iki mərhələ - həm müsabiqə, həm də müsahibə obyektiv keçirilir:“Test mərhələsində namizəd ancaq kompüterlə təmasda olur. Kompüter vasitəsilə namizədin biliyi qiymətləndirilir. Müsahibə mərhələsi əksər vaxtlarda bir çox suallar doğurur. Buna səbəb kimi bu mərhələdə 3 komissiya üzvü iştirak edir. Subyektivlik ola bilər. Ancaq biz çalışırıq ki, bütün bu subyektivliyi aradan qaldırmaq üçün bir sıra addımlar ataq. Eyni zamanda, müsahibə mərhələsində şəffaflığı təmin etmək üçün prosesin video çəkilişi aparılır. İstənilən şəxs də müsahibə mərhələsini izləyə bilər”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol