Gürcüstan-Azərbaycan tranzit dəhlizində yeni yol inşa olunacaq

Gürcüstanın Kaxeti bölgəsində yeni avtomagistralın tikintisi çərçivəsində Tbilisi-Saqareco hissəsinin inşasına başlanılır.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamentindən bildirilib.
Tenderlərin elan olunması və tikinti işləri bu ilin noyabr-dekabr aylarına planlaşdırılıb.
Tbilisi-Saqareco hissəsi Gürcüstan paytaxtını və Kaxeti bölgəsini birləşdirən əsas avtomagistralın, həmçinin Azərbaycanın şimal-qərb bölgəsini birləşdirən tranzit dəhlizinin bir hissəsidir. Bu hissədə nəqliyyat axınlarının intensivliyi əhəmiyyətli dərəcədə artıb və mövcud yol sıx məskunlaşmanın olduğu yaşayış məntəqələrindən keçir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























