• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə!

“Nar” şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə!
23.10.2020 14:17
"Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edir.  Mobil operator işğaldan azad edilmiş rayonlarımızda müasir şəbəkə infrastrukturunun daxili layihələndirmə işlərini tamamlayıb. Müvafiq dövlət qurumları ilə razılaşdırmadan sonra bu ərazilərdə LTE-A texnologiyasına əsaslanan daimi şəbəkə infrastrukturunun quraşdırılması işlərinə başlanılacaq.
 
Bundan başqa, "Nar” cəbhəyanı bölgələrdə yaşayan istifadəçilərini kəsintisiz rabitə ilə təmin etmək üçün mövcud baza stansiyalarının tutumunu mütəmadi olaraq genişləndirir və 24/7 rejimində şəbəkə üzrə monitorinq və optimizasiya işlərini həyata keçirir. Şəbəkənin dayanıqlı fəaliyyətini təmin etmək üçün bu günədək cəbhəyanı ərazilərə müxtəlif sahələr üzrə 27 mühəndis ezam olunub.
 
Qeyd edək ki, "Nar” düşmən atəşinə məruz qalmış regionlarda yaşayan abunəçilərin yaxınları ilə rahat əlaqə qura bilməsi üçün balanslarına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib, həmçinin cəbhəyanı bölgələrdə istifadəçilərə minlərlə "Nar” ödəmə kartları paylanılıb.
 
"Nar” sosial öhdəliyinə sadiq qalaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda davam edən hərbi əməliyyatlar dövründə əhaliyə öz dəstəyini davam etdirəcək. Müzəffər Azərbaycan Ordusunun gücü sayəsində bu döyüşü qələbə ilə başa vuracağımıza, işğal altında olan torpaqlarımızın tam azad ediləcəyinə əminik. Qələbə bizimdir!
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol