• $
  • €
  • ₽
  • ₺
  • £

Kimlərə general rütbəsi veriləcək? – 7 zabit

Kimlərə general rütbəsi veriləcək? – 7 zabit
23.06.2014 12:34
“General rütbəsi alacaq şəxslərin adlarının bu gün axşama kimi açıqlanması gözlənilir”.
 
Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
 
O, yeddi nəfərin general rütbəsi almaqla bağlı namizədliyinin artıq prezidentə təqdim olduğunu bildirib:
 
“Bir müddət öncə sizin də yazdığını kimi, yeddi nəfər generalın adı artıq siyahıdadır. Çox maraqlı məqamdır ki, Elxan Məcidov mətbuatın yazdığının əleyhinə olaraq, öz yaxın çevrəsində deyib ki, heç nazir də onun general rütbəsini almasına mane ola bilməz. Bir müddət gözləyək və kimin haqlı olduğunu görəcəyik”.
 
Hərbi ekspert general olacaq şəxslərin adlarını bildiyini, ancaq Prezident sərəncamından öncə bu adları açıqlamağın qeyri-etik olduğunu və mümkün yanılma ehtimalını nəzərə alaraq, açıqlamaq istəmədiyini bildirib. Onun sözlərinə görə, maksimum sabaha qədər adlar açıqlanacaq:
 
“Sabah Azərbaycan Ali Hərbi Məktəbində buraxılış mərasimi olacaq. Burada dövlət başçısının da iştirakı gözlənilir. Böyük ehtimalla bu gün axşam orduyla bağlı təltiflər elan olunacaq. Həmçinin bu gün və sabah ərzində Silahlı Qüvvələrlə bağlı bir neçə əmr, sərəncamın da verilmə ehtimalı var”.
 
Qeyd edək ki, bir müddət öncə saytımızda yeddi nəfərə Silahlı Qüvvələr Günü ərəfəsində general rütbəsinin veriləcəyi ilə bağlı açıqlama yayımlanmışdı. 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol