• $
  • €
  • ₽
  • ₺
  • £

Toydan qayıdanlar qəzaya düşdü: ölən var

Toydan qayıdanlar qəzaya düşdü: ölən var
23.06.2014 10:38
İmişli rayonunda iki nəfərin ölümü 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayon Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.İmişlirayon sakini Rövşən İbişov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə İmişli istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Rövşən Mamedovun idarə etdiyi “Azsamand” markalı minik maşını ilə toqquşub.Zərbədən sonra “Azsamand”ın sürücüsü idarə etməni itirərək yolun kənarına yuvarlanıb. Qəza zamanı “VAZ-2107”də olan sərnişin İmişli sakini Rafiq Muradov və “Azsamand”da olan sərnişin 1974-cü il təvəllüdlü Bakı sakini Gülmirə İbişova hadisə yerində dünyasını dəyişib.Hər iki sürücü və “Azsamand”da olan digər sərnişinlər 1973 təvəllüd Zeynəb Ziyadxanova, 2001-ci təvəllüdlü Qumru Ziyadxanova, 1974-cü il təvəllüdü Vəsilə Yusifova müxtəlif dərəcəli bədən xəsarətlərilə İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Yaralılardan Vəsilə Yusifova reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyətinin ağır olduğu bildirilir.Digər xəstələrin vəziyyətləri ağır olduğu üçün paytaxta gətiriliblər. Qeyd edək ki, “Azsamand” markalı avtombildə olan şəxslərin toydan qayıtdığı bildirilir.Fatkla bağlı araşdırma aparılır.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol