• $
  • €
  • ₽
  • ₺
  • £

“Yaralananlardan 52-si evə buraxılıb” - İcra başçısı

“Yaralananlardan 52-si evə buraxılıb” - İcra başçısı
29.10.2020 16:28
Tərtər rayon icra başçısı Müstəqim Məmmədov rayona baş çəkən diplomatları müşayiət edən yerli və xarici media nümayəndələrinə açıqlama verib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Məmmədov bildirib ki, Ermənistan ordusunun mülki əhalini atəşə tutması nəticəsində ölənlər və yaralananlar var:

"61 nəfər yaralanıb, onlardan 52 nəfər müalicə olunaraq evə buraxılıb. 9 nəfər Bakıda, Gəncədə və Mingəçevirdə müalicə olunur. Bir neçə saat əvvəl Tərtərə iki qadağan olunmuş raket atılıb, onlar rayonun Səhləbad, Əskipara və Ələsgərli kəndi istiqamətində partlayıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb, evlərə, təsərrüfatlara ziyan dəyib. Gün ərzində iki raket, 71 mərmi rayona düşüb.

Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu atəşə tutması nəticəsində 873 evə zərər dəyib, 14 məktəb dağılıb, 3 həkim məntəqəsi, bir musiqi məktəbi, bir peşə məktəbi, üç uşaq bağçası, 100-ə yaxın ticarət və xidmət obyekti, iki böyük pambıq emalı zavodu, bir xalçaçılıq fabriki, çörək istehsalat müəssisələri daxil olmaqla 10-a yaxın müəssisə dağıdılıb. Rayonda olan 18 inzibati binaya ziyan dəyib, Dövlət Sosial Müdafiə Fondunun binası tamamilə dağılıb. Əhaliyə məxsus 120-dən çox obyektlərə ziyan dəyib. Yüzlərlə iri buybuzlu və xırda buynuzlu heyvanlar tələf olub. Rayonda əkilən 3 min hektar pambıq və min hektara yaxın çuğundurun yığımı dayandırılıb. Lakin buna baxmayaraq əhali rayonda qalır, onlar üçün 11 min 16 ədəd sığınacaq var, 70 yerdə 44 042 kvadratmetr zirzəmi ayrılıb”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol