Azərbaycanda nə qədər işsiz var?

Azərbaycanda işsizlərin rəsmi sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən özəl məlumata görə, 2014-cü ilin iyun ayının 1-nə olan vəziyyətə görə, ölkə üzrə işsizlərin sayı 236,9 min nəfər təşkil edir.
Qeyd edək ki, bu ilin martın 1-nə olan statistikaya görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 764,7 min nəfər olub, onlardan 4 528,7 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. Fevralın 1-nə olan məlumata görə isə muzdla işləyənlərin sayı 1 492,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 896,8 min nəfər, qeyri-dövlət bölməsində isə 595,5 min nəfər olub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























