Bakıda marşrut avtobusu aşdı: xeyli sayda yaralı var

Bakıda avtobus qəzası baş verib.APA-nın məlumatına görə, hadisə Qaradağ rayonu ərazisində, “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb. 196 saylı xətt avtobusunun aşması nəticəsində xeyli sayda sərnişinin xəsarət aldığı bildirilir. Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, avtobus qəzasında xəsarət alanlardan 7-si təcilli yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər yaralılar isə fərdi maşınlarla xəstəxanaya aparılıb. Hazırda hadisə yerində araşdırma aparılır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























