• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda üç qardaş həbs edildi

Bakıda üç qardaş həbs edildi
02.11.2020 22:30
Səbail rayonu 20-ci sahə ərazisində yaşayan paytaxt sakini Ramin Tağıyev polisə müraciət edərək bildirib ki, ona məxsus mağazanın giriş qapısı naməlum şəxslər tərəfindən sındırılaraq içəridən 300 manat pul və 1 700 manat dəyərindən müxtəlif çeşidli tütün məmulatları oğurlanıb.

Bu barədə Anews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hadisə ilə bağlı dərhal Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakinləri Vüsal, Namiq və Zamiq Vəliyev qardaşları saxlanılıblar.

Onlar ifadələrində Səbail rayonunda daha 2 mağaza və bir kafedən kosmetik vasitələr, ətirlər, televizor və ərzaq məhsulları oğurladıqlarını bildiriblər. Qardaşlar oğurluq etdikləri 4 obyektdə ümumilikdə 6 000 manata yaxın maddi ziyan vurublar.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 8-ci polis bölməsində toplanan materiallar Səbail rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Vüsal, Namiq və Zamiq Vəliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bu şəxslərin digər qanunsuz əməllərindən zərərçəkən vətəndaşlar varsa Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsinə və ya ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol