• $
  • €
  • ₽
  • ₺
  • £

Hacettepe Universitetindən dünyaya Qarabağ mesajı – 52 alimin imzası

Hacettepe Universitetindən dünyaya Qarabağ mesajı – 52 alimin imzası
02.11.2020 12:19
Sosial Tədqiqatlar Mərkəzinin təşəbbüsü ilə  tərəfdaşı olduğu  Türkiyənin nüfuzlu Hacettepe Universitetinin senatı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyən bəyanat verib və düşmən tərəfinin işğal faktına  səssiz qalan beynəlxalq ictimaiyyəti qınayan qərar imzalayıb.

Sənəddə Ermənistanın Azərbaycan torpaqları - Dağlıq Qarabağı və onun ətrafındakı rayonları işğal etməsi, təcavüzkar siyasəti öz əksini tapıb.

Bildirilir ki, Hacettepe Universiteti atəşkəsi pozan, mülki əhalini hədəfə alan, uşaqların, qadınların, yaşlıların yaralanmasına, ölümünə səbəb olan Ermənistanı, beynəlxalq hüquqa, ümumbəşəri dəyərlərə zidd şəkildə onu dəstəkləyən ölkələri və səssiz qalan beynəlxalq təşkilatları qınayır.

Eyni zamanda, beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasına və ATƏT-in qərarlarına, beynəlxalq hüquqa məhəl qoymayan işğalçı Ermənistanın bu davranışına reaksiya verməyə dəvət edilir. Münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll olunacağını ümid ifadə olunur.

Qeyd olunur ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilənə qədər dost və qardaş Azərbaycanın yanında olacaqlar.

Sonda bəzi avropalı siyasətçilərin, media qurumlarının müsalmanların mənəvi dəyərlərini təhqir edən hücumlarının demokratiya, söz azadlğı ilə əsaslandırıla bilməyəcəyi qeyd olunur. Keçmişdə və günümüzdə müsəlmanlara və onların mənəvi dəyərlərinə qarşı edilən bu cür hücumlar qınanılır. 

Avropada yaşayan, fərqli dinlərin nümayəndələri arasında hörmət, tolerantlıq və birgəyaşayış mədəniyyətini dəstəkləyən səssiz çoxluğun məsuliyyətsiz siyasətçilərə və media qurumlarına lazımi reaksiya göstərəcəyinə inam ifadə olunur.

Sənədi Universitetin 52 səlahiyyətli senat üzvü imzalayıb və dəstək üçün bir çox dünya universitetlərinə göndərilib.





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol