• $
  • €
  • ₽
  • ₺
  • £

Füzulidə evi dağılan kənd sakini: "Qəlpə mənə dəysə çoxdan torpaqdaydım"- FOTOLAR

Füzulidə evi dağılan  kənd sakini: "Qəlpə mənə dəysə çoxdan torpaqdaydım"- FOTOLAR
02.11.2020 18:15

 Azərbaycan ordusunun əks hücum əməliyyatları başlayandan bəri erməni silahlı qüvvələri mülki əhalini atəşə tutmaqda davam edir. Müharibənin gedişatı dövründə xeyli sayda kənd və rayonlara raket atılıb, çox sayda insan həlak olub və yaralanıb. Füzulinin Horadiz rayonunda yerləşən bir çox kəndin sakinləri də bu aqibəti yaşıyıblar.

 

 

Həmin evlərin bəzilərinə gedərək, yaşananlarla bağlı zərərçəkən ev sahibləri ilə söhbət etdik. Həmsöhbət olduğumuz insanların bəzilərinin evi tamamilə, bəziləri isə qismən dağılsa da xoşbəxtlikdən onlardan heç birində insan itkisi olmayıb. Bu aqibəti yaşayanlardan biri Horadiz kənd sakini Yaqut Zamanova hadisə baş verən anı belə təsvir edir:

 

"7 oktyabrda evimizə mərmi düşməsi barədə xəbər verdilər. Gələndə evin tamamilə dağıldığını gördük, amma həmin an evdə heç kim yox idi. Hadisələr başlayandan bəri başqa yerdə qalırdıq."

 


 



 


 

 

Hazırda onlara verilən evdə yaşayan və dağıntılar altından heç bir əşya çıxarmaq mümkün olmadığını deyən ev sahibi, evdəki əşyalara 6-7 min manatlıq zərər dəydiyini  söyləyir:

"Ev tamamilə dağıldı. Biz də dağıntılar altından heç bir şey çıxara bilməmişik. Götürə bildiyimiz ancaq yorğan və döşəklər oldu. Biz indi bizə verilən müvəqqəti evdə yaşayırıq."

Yaqut Zamanova deyir ki, onların evdə olmaması təsadüfi olmayıb, çünki hazırda hərbiçi olan oğlu onlara bu evdə qalmamaqlarını məsləhət görüb.

 



 2 oğlu hazırda hərbi əməliyyatlarda iştirak edən, Zobucuq kənd sakini Mətanət Əsədovanın da evinə mərmi düşüb.  


"Sentyabrın 28-i səhər saatları idi. Evdə həyat yoldaşımla ikimiz idik, ev işləri ilə məşğul idik. Atışma  davam edirdi. Birdən evin yaxınlığına nəsə düşdüyünü gördük,ətrafda toz duman əmələ gəldi. Elə bildim ev uçdu. Hadisə baş verən kimi tez evi tərk etdik", - deyə Əsədova söylədi. 

 


 

 


 

Mətanət Əsədovanın həyətinə düşən top mərmisi ətraf evlərə də ziyan vurub.  Onlardan biri Fərzalı Teymurov sağ qaldığına görə Allaha şükür edir. 


"Biz evimizdə idik. Mərmi düşdü, pəncərə, lüstür və başqa əşyalara zərər verdi. Mən çox şükür edirəm ki, mənə heç nə olmayıb. Çünki, o qəlpələrdən biri mənə dəysə idi, mən torpaqda idim.”

 

 Nəcəf Ruslanoğlu

 



 

 

 

 

 

 

 

 


 

 


 

 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol