• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti buraxılış imtahanlarında “2” alanların sayı açıqlandı

Növbəti buraxılış imtahanlarında “2” alanların sayı açıqlandı
20.06.2014 15:57

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də keçirilmiş ilk buraxılış imtahanının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, iyunun 18-də IX və XI sinif şagirdlər üçün keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar. Buraxılış imtahanında 22132 IX sinif şagirdi iştirak edib. Onlardan 941-i “Ana dili”, 1826-sı isə “Riyaziyyat” fənnindən “5 qiyməti alıb. Şagirdlərin 2872-nin “Ana dili”, 3139-nun “Riyaziyyat” fənnindən qiyməti “4”, 11240-nın “Ana dili”, 8454-nün “Riyaziyyat” fənnindən qiyməti “3”, 7079-nun “Ana dili”, 8713-nün isə “Riyaziyyat” fənnindən qiyməti “2” olub. İyunun 18-də 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 15475 XI sinif şagirdi iştirak edib. Onlardan da 2135-i “Ana dili” 1973-ü “Riyaziyyat” fənnindən “5”, 3206-sı “Ana dili”, 3473-ü “Riyaziyyat” fənnindən “4”, 6694-ü “Ana dili”, 5586-sı “Riyaziyyat” fənnindən “3”, 3440-ı “Ana dili”, 4443-ü isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb. Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 18-də Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirmişdir. Həmin gün Bakı şəhərində Respublika Olimpiya İdman liseyinin 9 və 11-ci sinif şagirdləri də buraxılış imtahanı vermişlər. Həmin imtahanların nəticələr iyun ayının 20-də saat 14:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilmişdir. İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol