• $
  • €
  • ₽
  • ₺
  • £

DSX dənizdə köməksiz vəziyyətdə qalmış şəxsi xilas etdi

DSX dənizdə köməksiz vəziyyətdə qalmış şəxsi xilas etdi
03.11.2020 21:30
Ötən gün Çilov adası istiqamətində "SOCAR”ın "Geofizika və Geologiya İdarəsi” tərəfindən seysmik-kəşfiyyat işlərinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinə məxsus üzmə vasitəsinin mühərrikində texniki nasazlıq yaranıb və küləyin təsiri nəticəsində bir nəfər dənizin dərinliyinə doğru səmtlənib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, üzmə vasitəsi ilə rabitə əlaqəsinin kəsilməsi səbəbindən onun dəqiq mövqeyini müəyyən etmək mümkün olmayıb.

Üzmə vasitəsinin axtarışına köməklik göstərilməsi barədə daxil olmuş müraciətlə əlaqədar dərhal Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisinə üzmə vasitəsinin axtarışı barədə göstəriş verilib və axtarış-xilasetmə tədbirlərinə başlanılıb.

Sərhəd gözətçi gəmisi tərəfindən qaranlıq hava şəraitində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində Çilov adasından cənub-qərb istiqamətdə, sahildən 7 mil məsafədə dənizdə estakadaya burazlanmış qayıq aşkar edilərək yedəyə alınıb, qayıqda olan şəxs - 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Balayev Həsən Böyükağa oğlu sərhəd gözətçi gəmisinin bortuna götürülüb və ona ilkin tibbi yardım göstərilib.

Dövlət Sərhəd Xidmətinin dəniz sərhədçiləri tərəfindən xilas edilmiş şəxs "Geofizik-3” elmi-tədqiqat gəmisinə təhvil verilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol