• $
  • €
  • ₽
  • ₺
  • £

Hava şəraiti kəskin dəyişir: leysan, dolu, güclü külək gəlir

Hava şəraiti kəskin dəyişir: leysan, dolu, güclü külək gəlir
20.06.2014 14:21
Sinoptiklər Azərbaycanda güclü külək əsəcəyi, bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ilə bağlı xəbərdarlıq edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, iyunun 21-də günortadan sonra Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsməyə başlayacaq.
Bakı və Abşeron yarımadasında iyunun 21-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.
Bakı və Abşeron yarımadasında iyunun 21-də havanın temperaturu gecə 19-24, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində iyunun 21-də hava əsasən yağmursuz olacaq, qərb küləyi əsəcək, dağlıq və dağəətəyi rayonlarda külək güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ölkə ərazisində iyunun 21-dən 22-nə keçən gecədən başlayaraq qərb, şimal-qərb küləyinin güclənəcəyi, iyunun 22-si gün ərzində, 23-ü axşamadək əsasən Kür vadisi rayonlarında və Abşeron yarımadasında daha güclü olacağı gözlənilir.
Gecə və axşam saatlarında şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı düşəcək.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol