• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ailəsinə ödənişli təcili yardım göndərən Mərkəzi Klinikadan AÇIQLAMA

Şəhid ailəsinə ödənişli təcili yardım göndərən Mərkəzi Klinikadan AÇIQLAMA
04.11.2020 16:17
Sosial şəbəkələrdə Yasamal rayonundan şəhid Elvin İslamovun anası üçün Mərkəzi Klinikadan çağrılmış təcili tibbi tardım avtomobilinə görə klinikanın 100 manat ödəniş tələb etməsi ilə bağlı məlumat yayılıb.

Anews.az xəbər verir ki, məlumatı şəhidin dostlarından Şahin Usubov yayıb:

"29.10.202-ci il, dostumuz, məhlə uşağımız İslamov Elvin Elçin oğlu Yasamal rayonuna şəhid gəldi. Həmin gün axşam anasının halı pisləşdi və təcili tibbi yardım avtomobili çağırdıq. Avtomobillərin hamısının məşğul olması səbəbilə 2-3 saat gözlədikdən sonra Mərkəzi Klinikadan çağırdıq. Telefonu götürən operatora vəziyyəti başa saldıq. Nə bir baş sağlığı verdi, nə də "Allah rəhmət eləsin” dedi. İlk sözü o oldu ki, "bilirsiniz da, bizdə ödənişlidir, 100 azn, istəyirsiniz göndərək”.
 
Göndərdilər, vaxtında gəldi, qapıda şəhidin şəklini də gördülər, yenə də baş sağlığı vermədilər. İlk sözləri "ödənişi kim edəcək?” oldu. Bizim imkanımız oldu, verdik. Bir otaqda 5 nəfər qalan şəhid ailəsi əgər verməyə pulu yoxdursa, ölməlidir?”.

Məsələ ilə bağlı Mərkəzi Klinikanın Baş direktorunun müavini Ceyhun Topçubaşov Yeniavaz.com-a açıqlama verərək bildirdi ki, həqiqətən də belə bir hal olub:
"Bu çox böyük bir nöqsandır. Biz onu qəbul edirik, başa düşürük. Bundan sonra hamıya xəbər verdik ki, təcili yardım şəhid ailələrinə pulsuz təyin olunsun”.
Qeyd edək ki, artıq Ermənistan KİV-lərində bu məsələdən Azərbaycana qarşı istifadə olunur.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol