Fermerlər üçün xüsusi təyinatlı mikrokredit paketləri istifadəyə verildi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlər üçün yeni mikrokredit paketləri hazırlayıb. Bu mikrokreditlər aqrotexniki qulluq, gübrə alışı, yem tədarükü və alışı üçün nəzərdə tutulub. Mikrokreditlər 15 min manatadək, 1 il müddətinə və 12 faizlə verilir.
Heyvandarların yem tədarükü və yem alışı üçün nəzərdə tutulmuş mikrokreditlərin güzəşt müddəti 6 aydır. Güzəşt müddətində yalnız kredit faizlərini ödəyən heyvan sahibi 6 aydan sonra kreditin əsas məbləğinin yarısını geri qaytarır. Növbəti 6 ayda isə qalan məbləğ və faizləri bərabər hissələrlə ödəyir.
Aqrotexniki qulluq və gübrə mikrokreditlərini əldə etmək üçün fermerlərdən şəxsiyyəti təsdiq edən sənəd, EKTİS-də (Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi) qeydiyyat, torpaq sənədi və müvafiq təchizatçı ilə müqavilə tələb olunur. Yem krediti üçün üçün müraciət edən heyvandardan şəxsiyyəti təsdiq edən sənəd, EKTİS-də qeydiyyat və yem təchizatçısı ilə müqavilə istəniləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























