“Bakcell”dən müəllimlər üçün xüsusi tarif

Şirkət
"Virtual Təhsilə Dəstək” layihəsinin rəsmi mobil tərəfdaşıdır
Bakcell, ENGINET şirkəti və partnyorları
tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən
layihənin rəsmi mobil tərəfdaşı olub. "Virtual təhsilə dəstək” layihəsinin məqsədi
Covid-19 pandemiyası zamanı təhsil sahəsində çalışan insanlara keyfiyyətli
virtual tədrisin təşkili üçün tələb olunan alət və texniki dəstəyin göstərilməsidir.
Belə ki, Bakcell "Virtual təhsilə dəstək”
layihəsində iştirak edən minlərlə müəllim üçün xüsusi tarif hazırlayıb. Bu tarifdən
istifadə edən müəllimlər pulsuz mobil nömrə əldə edərək ayda cəmi 5 manat ödəməklə
öz həmkarları ilə pulsuz danışacaq, həmçinin ayda 1 GB internet və ölkədaxili zənglər
üçün 100 dəqiqə qazanacaqlar.
Qeyd edək ki, təşəbbüs çərçivəsində təqdim
olunan üstünlük və güzəştlərdən yararlanmaq üçün müəllimlər "Virtual təhsilə dəstək”
layihəsində iştirak etməlidir. Daha ətraflı məlumat almaq üçün *1199 nömrəsinə
(ENGINET şirkətinin zəng mərkəzi) zəng etmək və ya www.birlink.az səhifəsinə daxil olmaq kifayətdir.
Layihəyə qoşulmuş bütün təhsil işçiləri
ENGINET şirkətinə məxsus "BİRLink” brendi tərəfindən ödənişsiz olaraq iki ay ərzində
30 MB/s yüksəksürətli genişzolaqlı internet xidməti, İPTV, ödənişsiz qoşulma və
istifadə üçün avadanlıqla təmin olunacaqlar. Bundan əlavə, "Virtual Məktəb”
platforması üzərindən qeydiyyatdan keçən müəllim və şagirdlər lisenziyalı
Microsoft Office 365 proqramlarını ödənişsiz yükləyə biləcəklər. Layihə çərçivəsində
müəllimlər məsafədən tədris üçün lazımı texniki biliklərin artırılması məqsədilə
Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE) tərəfindən keçirilən
təlimlərdə endirimli iştirak, "Smart Electronics” mağazalar şəbəkəsindən distant
tədris üçün lazımı elektronika avadanlıqlarına xüsusi endirimlər və digər güzəşt
və fürsətlərdən yararlanacaqlar.
Uşaqların inkişafı və təhsilini xüsusi
diqqət mərkəzində saxlayan Bakcell şirkətinin həyata keçirdiyi "Bakcell Stars” Korporativ
Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və
sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























