• $
  • €
  • ₽
  • ₺
  • £

Fermerlər üçün xüsusi sərfəli mikrokredit paketləri hazırlanıb

Fermerlər üçün xüsusi sərfəli mikrokredit paketləri hazırlanıb
06.11.2020 23:30
Fermerlər üçün xüsusi təyinatlı mikrokredit paketləri istifadəyə verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən Anews.az-a verilən məlumata əsasən, bu mikrokreditlər aqrotexniki qulluq, gübrə alışı, yem tədarükü və alışı üçün nəzərdə tutulub.

Mikrokreditlər 15 min manatadək, 1 il müddətinə və 12 faizlə verilir.

Aqrotexniki qulluq və gübrə alışı üçün nəzərdə tutulan kreditlərin güzəşt müddəti 7 aydır və bu müddətdə fermer yalnız faizləri geri ödəyir. Məhsul yığımı zamanı kreditin əsas məbləğinin yarısı birdəfəlik ödəniş kimi edilir. Növbəti 5 ayda isə qalan məbləğ və faizlər bərabər hissələrə bölünməklə geri qaytarılır.

Heyvandarların yem tədarükü və yem alışı üçün nəzərdə tutulmuş mikrokreditlərin güzəşt müddəti 6 aydır. Güzəşt müddətində yalnız kredit faizlərini ödəyən heyvan sahibi 6 aydan sonra kreditin əsas məbləğinin yarısını geri qaytarır. Növbəti 6 ayda isə qalan məbləğ və faizləri bərabər hissələrlə ödəyir.

Mikrokreditləri əldə etmək üçün fermerlərdən şəxsiyyəti təsdiq edən sənəd, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat, torpaq sənədi və müvafiq təchizatçı ilə müqavilə tələb olunur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol