• $
  • €
  • ₽
  • ₺
  • £

Mənzil almaq üçün pul verən sakinlər evsiz qalıb - VİDEO

Mənzil almaq üçün pul verən sakinlər evsiz qalıb - VİDEO
20.06.2014 09:25
Kooperativ binada mənzil almaq üçün pul verən sakinlər evsiz qalıblar.Şikayətçilər bildirdilər ki, “Ocaq” kooperativinin sədri Bəxtiyar Hüseynov tikiləcək binanın özülünü söküb dağıdıb və binanın yerini də satıb. Uzun illərdir ki, yataqxanada dözülməz şəraitdə yaşadıqlarını deyən sakinlər ev tikilmədiyi təqdirdə heç olmasa, onlara torpaq verilməsini tələb edirlər.Şikayətçi Şair Mirzəbəyovun sözlərinə görə, Bəxtiyar Hüseynov kubiklərimizi, bloklarımızı satıb, özü də deyir ki, get hara istəyirsən, şikayət elə, mən heç kimdən qorxmuram.Tikilməli olan binanın yerinin bir hissəsinin zibillik olduğunu şahidi olduq. Keçmiş “Ocaq” kooperativinin sədri, indi isə Xudat mənzil-istismar sahəsinin rəisi olan Bəxtiyar Hüseynov da məsələyə münasibət bildirdi. Amma şikayətçilər onu ittiham etdiyindən onlarla bir xeyli mübahisə etdi.Xaçmaz rayon icra başçının Xudat üzrə icra nümayəndəsi Akif Mərdanovun sözləri də sakinlərin ürəyincə olmadı. İcra nümayəndəsi deyəndə ki, bu ərazidə məktəb tikiləcək, şikayətçilər narazılıq etdilər.Akif Mərdanov məsələyə münasibət bildirdi: "SSRİ dönəmində bunlar ev tiksinlər deyə yer alıblar və kooperativin üzvü olublar, amma ev tikməyib. Eyni zamanda bu sahə onların yeri deyil. Ora başqa sahədir, bura zibilxana idi, buraları mən təmizlətdirmişəm".Şikayətçilər məsələnin həllilə bağlı Xaçmaz Rayon Məhkəməsinə müraciət ediblər. Hazırda bütün sənədlər məhkəmədə araşdırılır. Son sözü də yəqin ki, məhkəmə deyəcək.//Anspress
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol