Şəhid Şahin Allahyarovun anası: "Güllə qabağından qaçmaram deyib şəhid oldu" - VİDEO

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə Quba sakini Şahin Allahyarov qəhrəmancasına şəhid olub.
Anews.az xəbər verir ki, Baku.TV şəhid Şahin Allahyarovun ailəsinin evində olub. Şəhidin atası Hüseynbala Allahyarov, anası Nərgiz Allahyarova, həyat yoldaşı Kəmalə Allahyarova ilə həmsöhbət olan əməkdaşlarımız ailəyə baş sağlığı veriblər.
Ş.Allahyarovun anası deyir ki, oğlu heç vaxt düşməndən qaçmayacağına and vermişdi:
"Balam, heç vaxt kürəyini düşmən tərəfə verməyəcəyini deyirdi. Güllə qabağından qaçmaram deyə-deyə qəhrəman balam vətən yolunda ürəyindən güllə yarası alaraq şəhid oldu”.
"Mənə dedi ki, az qalıb bayrağımızı daha bir torpağımıza sancacağıq. Yoldaşlarımla vuruşuruq. Mənə deyirdi ki, mən o vaxt dincələcəm ki, vətənimi düşməndən tam azad edəcəm. Arzuları çox idi oğlumun. Vətən sağ olsun”.
Şəhidin həyat yoldaşı Kəmalə Allahyarova sonuna qədər yoldaşının yanında olacağına illər əvvəl and verdiyi deyib:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























