• $
  • €
  • ₽
  • ₺
  • £

Düşmənin yaratdığı “hamimiz.com” saytı ilə bağlı araşdırma başlanıldı - RƏSMİ

Düşmənin yaratdığı “hamimiz.com” saytı ilə bağlı araşdırma başlanıldı - RƏSMİ
09.11.2020 18:26
Döyüş meydanında Azərbaycan Ordusu qarşısında məğlub olan düşmən sosial media və digər rəqəmsal platformalarda müxtəlif saxta səhifələr, o cümlədən, saytlar yaradıb cəbhəboyu zonadakı vəziyyət, xüsusilə də hərbi-siyasi və əməliyyat şəraiti, hərbi texnika və onun hərəkəti haqqında, eləcə də, silah-sursat barədə saxta xəbərlər ictimailəşdirməklə vətəndaşlarımızda çaşqınlıq yaratmağa cəhd edir.

Azərbaycan Ordusunun uğurlarının Ermənistan əhalisindən gizlədilməsinə, vətəndaşlarımızda təşviş yaratmağa yönələn bu cəhdlər ifşa olunmaqdadır.

Bununla bağlı Baş Prokurorluğunun məlumatında deyilir.

Bildirilib ki, Ermənistan tərəfindən həyata keçirilmiş növbəti təxribatlardan biri də "hamimiz.com” adlı saxta saytın yaradılmasıdır.
Həmin "fake” saytda guya şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların siyahısına mülki şəxslərin,o cümlədən, qadınların da adları daxil edilib.

Bununla da, qeyd olunan saytın düşmənin maraqlarına xidmət etməsi,əhalimiz arasında təşviş yaratmaq məqsədi daşıması müəyyən edilib.

Hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, bu kimi saxta saytlarda və digər informasiya daşıyıcılarında olan təxribat xarakterli məlumatlara inanmağa çağırır, şübhəli hər hansı saxta platforma ilə qarşılaşan zaman hüquq-mühafizə orqanlarına dərhal məlumat verilməsi xahiş olunur.

Hazırda qeyd edilən saxta saytla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol