• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Azlıqların IV Respublika Festivalı keçiriləcək

Milli Azlıqların IV Respublika Festivalı keçiriləcək
19.06.2014 21:25
Azərbaycan Respublikasında yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı ildən etibarən Bakı şəhərində "Azərbaycan-doğma diyar" devizi altında azsaylı xalqların incəsənəti festivalları keçirilir. 2006, 2008 və 2011-ci illərdə keçirilmiş festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanıb, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzularında elmi konfranslar keçirilib, onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilib. Festivallar kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, elmi konfransların materialları "Musiqi dünyası" jurnalında çap olunub. İctimai Televiziya tərəfindən festivallara informasiya dəstəyi verilib.
Nazirlikdən ANN.Az-a verilən məlumata görə, görülən işlərin davamı olaraq 23-25 iyun 2014-cü il tarixlərində "Azərbaycan - doğma diyar" devizi altında Milli Azlıqların IV Respublika Festivalının keçirilməsi nəzərdə tutulur. Festival çərçivəsində tirajı 1000 nüsxə olmaqla 5 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman) "Azərbaycanda yaşayan milli azlıqların mahnıları" (CD) diskinin buraxılması, R.Behbudov adına Mahnı Teatrında 23-24 iyun, saat 11:00-18.00-dək bədii kollektivlərin çıxışları, 25 iyun saat 16:00-da Muzey Mərkəzində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən "Bir ailədə" adlı fotosərginin, 16:30-da yenə də Muzey Mərkəzində "Azərbaycanda etnik mədəni müxtəliflik və multikultural ənənələr" mövzusunda "dəyirmi masa"nın təşkili planlaşdırılır.
25 iyun saat 18:00-də isə Azərbaycan Dövlət Musiqili Teatrında festivalın qala konserti gözlənilir. İctimai Televiziya tərəfindən festivala informasiya dəstəyi veriləcək.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol