Dilqəm Əsgərovla Şahbaz Quliyev geri qaytarıla bilər

Erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev geri qaytarıla bilər.
Anews.az xəbər verir ki, bu barədə məlumatı "Qafqazinfo”ya Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
O bildirib ki, Prezident İlham Əliyev gecə saatlarında xalqa müraciətində hərbi əsirlərin, girovların dəyişdiriləcəyini açıqlayıb.
"Bu gecə Prezident İlham Əliyevin xalqa müraciətində Dağlıq Qarabağ və ətrafındakı 7 rayonumuzun işğaldan azad edildiyini və hərbi əsirlərin, girovların dəyişdirilməsi prosesinin baş tutacağını açıqladı. Prezidentin bu çıxışını eşidəndə çox şad olduq. Doğrudur, Kəlbəcər rayonunun işğaldan azad ediləcəyini deməsi elə ən azı atamın girovluqdan azad edilməsi qədər bizə sevinc bəxş elədi. Mən hər zaman bu sözü demişəm, atam Dilqəm Əsgərovu erməni girovluğundan azad edə biləcək tək bir nəfər var, o da cənab Prezidentdir. Ali Baş Komandanımız bütün torpaqlarımızı işğaldan təmizləyir, yaxın vaxtlarda atam Dilqəm Əsgərovu da erməni girovluğundan azad edəcək, mən buna inanıram”.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda hər iki şəxslə bağlı "məhkəmə” qurulub və "məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























