Qələbəsi öpüşlə bitən müharibə

Bəzən
düşünürəm ki, mən bu dövrdə yaşamaq üçün yanlış adamam. Heç zaman müharibə istəməmişəm.
Amma «niyə müharibə olmasın?» demək üçün əsaslı səbəbim də olmayıb. 30 ildir ki,
erməni adlı düşmənimizlə yaşayacaqlarımız, hər gün xəbərimiz olmadan evlərə gedən
şəhid tabutlarını yadıma salanda düşünürdüm ki, bəlkə müharibə olsa birdəfəlik
xoşbəxt gələcəyə gedə bilərik.
Və 27 sentyabr bizə sürpriz bir səhər oldu.
Çünki gözləmədiyimiz anda artıq müharibənin içində idik. Hər şey qəfil
başladığı üçün insanların hissləri bir-birinə qarışdı. Bu xəbərə sevinənlər,
ağlayanlar və mənim kimi əslində nə baş verdiyini anlamıyanlar da oldu… Hər şey
bundan sonra başladı. Birlik adına insanların bir-birinə dəstək olmaları,
orduya könüllü döyüşmək üçün gedənlər….
Arxa cəbhədə
isə başlayan faciələri isə izləməkdən başqa əlimizdən bir şey gəlmədi. Gəncə, Bərdəyə
atılan raketlər…. Həyatları puç olmuş insanlar… Sevgidən məhrum qalan körpələr , bəzilərinin bir neçə günlük status oldu sadəcə…Bəs
sonra?! Sonrakı elə də vacib deyil….Necə ki, 1990-cı illərdə atasız qalan körpələr
xəbərsiz böyüdü, bax bu körpələr də elə böyüyəcək....Nifrətlə…. "Siz mənim nə
yaşadıqlarımı anlamayacaqsız” cümlələri ilə gələcəkdə özlərinə bir yer
tutacaqlar…..Hələ körpəsi qarnında olan gənc analar, nişanlı qızlar.... Bizim xəbərimiz
belə olmayacaq….
Sanki insanlar reallıqda deyildilər…Sanki ön cəbhədə döyüşən əsgərlər bu qrup insanlar üçün əslində ikinci planda idi…..
Ön cəbhədə baş verənlərdən xəbərimiz olub
paylaşa bilməmək hissini ailəsində döyüşənlər yaşadı sanki… Günlərlə nələr
yaşadıqlarını, bəzən ac, bəzən susuz qaldıqlarını…. Bəzən soyuqdan üşüyüb bəzən
də xəyanətə uğradıqlarını bilmədi kimsə….
Bəlkə də
biz müharibə adı altında iki dövlətin qurbanı olduq….
İndi isə
müharibə başlıyandan erməniyə dəstək olan, silah göndərən, televiziyalarında
bizi təhdid edən Rusiya dövlətinin sülhməhrəmanlıları üçün müharibəni bitirib
bayram edirik…. Hansı ki, bir neçə gün öncə bu xəbəri eşidib də, etiraz edən
insanlar bu xəbəri atəşfəşanlıqla qeyd edir. Bəs başından dəstək olan
qardaşımız Türkiyə nə edəcək? Hələ bu sualımızın cavabı yoxdur…
5 illik
sülhməramlılar…5 il sonra bizi nələr gözləyəcək bilmirik… Amma Erməni adlı düşməni olan vətəndaşda bunun cavabı var.
Sadəcə bu cavabı düşünüb dilinə gətirmək istəmirsən…
Və nəhayət
dünən böyük qələbəni qeyd edən adamlar…. Bu qələbəyə müharibədə şəhid olan gənclərin ruhuna anmağı
unudan gənclər çal-çağıra qarışdılar. Kimi oynamaqla, kimi yürüş etməklə,
kimi Şəhidlər Xiyabanına getməklə və kimi də öpüşməklə özünü qalib ölkənin xoşbəxt
adamı hesab etdi….
Mən isə sadəcə
bütün baş verənlərin suallarla boğulan bir tamaşaçısı oldum….
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























