• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda icra edilən aqrar layihənin nəticələri açıqlanıb

Azərbaycanda icra edilən aqrar layihənin nəticələri açıqlanıb
12.11.2020 21:30
Azərbaycana aqrar məsləhət xidmətləri və müsbət təcrübə modelləri təklif ediləcək.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi "Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinin bir illik fəaliyyətinin nəticələri açıqlanıb.

Layihənin İşçi qrupu il ərzində görülmüş işlər barədə məlumat verib, layihənin yekununa - 2021-ci ilin sonunadək planlaşdırılan işləri müzakirə edib.

Layihənin əldə edilən nəticələrə əsasən, iqtisadi rayonların aqrar xəritələşməsi tamamlanıb, aqrar məsləhət xidmətinin ölkədəki vəziyyəti haqqında qiymətləndirmə başa çatıb. Bundan başqa, aqrar məsləhət xidmətlərinin nümunəvi modellərinin seçilməsinə, xidmət təminatçılarının bazasının yaradılmasına başlanıb.

Eyni zamanda, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ iqtisadi rayonlarının aqrar sahə iştirakçıları, aqrar məsləhət xidməti təminatçıları üçün seminarlar keçirilib. Eləcə də, noyabr ayında da digər iqtisadi rayonlar üçün analoji tədbirlərin planlaşdırıldığını vurğulanıb.

Müzakirələr aqrar məsləhət xidmətlərində rəqəmsal və peyk məlumatlarından istifadə, xidmət təminatçıları, fermerlər üçün idarəetmə və maliyyə mexanizmləri, xidmətlərin hüquqi aspektləri mövzularında keçirilib. 

FAO-nun Romadakı baş qərargahında layihənin baş texniki meneceri olan Nevena Aleksandrova Kənd Təsərrüfatı Nazirliyi və alt qurumlarına layihənin icrası ilə bağlı verdikləri dəstəyə görə təşəkkürünü bildirib.

O, qarşıdakı aylarda aqrar məsləhət xidməti modelləri üzərində daha intensiv müzakirələr aparılacağına diqqət çəkib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol