Azərbaycanda baş həkim işdən çıxarıldı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan Mərkəzi Dənizçilər Xəstəxanasının (“Kaspar”) baş həkiminin işdən çıxarılmasıyla bağlı AzNews.az-a məlumat daxil olub. Məlumatda bildirilir ki, Ramazan Məhərrəmov Səhmdar Cəmiyyətin rəisi Rauf Vəliyevin istəyinə uyğun olaraq vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə isə Terasim Rüstəmov təyin edilib. Qeyd edək ki, Rauf Vəliyev bu vəzifəyə təyin olunandan qurumda bir-birinin ardınca ciddi kadr dəyişiklikləri edir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























